Maraqlı

Android-li ən kiçik smartfon təqdim olundu

18 Oktyabr 2018 08:41
0 Şərh     Baxış: 2 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2010-cu ildə cib kompüterləri istehsal edən "Palm" şirkəti "Hewlett-Packard" şirkəti tərəfindən satın alındıqdan sonra fəaliyyətini dayandırmışdı və 2014-cü ildə Çinin "TCL Corporation" şirkəti sözügedən brend üzərində hüquqa yiyələnmişdi.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, ötən il San-Fransiskoda fəaliyyət göstərən startap "Palm" brendi üzərində hüquqa yiyələnib və indi həmin startap "Android" mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən "Palm" smartfonunu təqdim edib.
 
"The Verge" nəşrinin redaktorunun sözlərinə görə, 3,3 düymlük diaqonala malik bu miniatür qurğu görünüşcə "iPhone"nun miniatür versiyasını xatırladır. Smartfon "Qualcomm Snapdragon 435" prosessoru, 3 QB-lıq əməli yaddaş və 32 QB-lıq daxili yaddaşla təchiz edilib. "IP68" standartı üzrə toz və suya qarşı dayanıqlı olan "Palm" qurğusu "Android 8.1" sisteminin idarəetməsi altında işləyir.
 
Həmçinin "Palm" smartfonu 12 meqapiksellik əsas, 8 meqapiksellik ön kameralar, "USB Type-C" konnektoru, 800 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Qurğunun ölçüləri 50x97x7,4 mm, çəkisi 62,5 qram təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.