Maraqlı

İmam Zamanın süfrəsindən şəfa tapdı

18 Oktyabr 2018 21:10
0 Şərh     Baxış: 1 300
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsa ibni Məhdi Cuhəri həccə gedir və orada xəstələnir. Ancaq balıq və xurma yemək istəyir, başqa yeməklərə yaxın dura bilmir. Ancaq nə qədər axtarırsa, Məkkədə bu yeməkləri tapa bilmir.

Eşidir ki, İmam Zaman ağa (ə.f) Sariyadadır və Həzrətin (ə.f) xidmətinə gedir. Onunla birlikdə işa namazını qılır. Bu zaman xidmətçi ona deyir: "Evə daxil ol".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İsa evə daxil olur və görür ki, böyük bir süfrə açılıbdır. Xidmətçi ona deyir: "Ağam buyurur ki, hər nəyə meylin vardırsa, ondan ye".

İsa görür ki, süfrədə balıq vardır ki, hələ də ondan buxar çıxır, yanında isə xurma və süd vardır. Öz-özünə düşünür ki, bu yeməkləri bir yerdə yemək mənə ziyan olar. Bu zaman İmam (ə.f) ona xitab edir: "Bizim işimizdə şəkk etmə...".

İsa ona görə də onların hamısından yeyir, yeyən zaman boşqabda həmin yeməyin yeri yenidən dolur. Bu yeməklər indiyə qədər yediyi ən ləzzətli yeməklər idi.

Hiss edir ki, çox yeyir, ona görə də xəcalət çəkir və əl saxlayır.

İmam (ə.f) yenə xitab edərək, buyurur: "Xəcalət çəkmə, bunlar behişt yeməkləridir".

İsa yeməyə başlayır və sonra deyir: "Mənə bu qədər kifayətdir".

İmam (ə.f) ona buyurur: "Mənə yaxın gəl".

İsa öz-özündə düşünür ki, necə yaxın gəlim ki, əllərim çirklidir.

Həzrət (ə.f) buyurur: "Yediklərinin yağı və çirki yoxdur".

İsa əllərini iyləyir və görür ki, gözəl müşk ətri verir. Bu zaman İmama (ə.f) yaxınlaşır. Gözlərini qamaşdıran nur hər tərəfi bürüyür. Bundan sonra İsa hiss edir ki, ağrısı aradan gedir və şəfa tapır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.