Maraqlı

Bakteriya infeksiyalarını əngəlləyən dərmanlar

18 Oktyabr 2018 21:20
0 Şərh     Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Antibakteriyalardan daha təsirli ola biləcək və dərmanlarda inqilab yarada biləcək yeni hissəciklər tapıldı.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Journal of The American Chemical Society laboratoriyasında aparılan bir araşdırmada professor Tevodros Asefa və dr. Cefri Boyd, antimikrob maddələr daşıyan və irəlidə dərman daşıyıcıları olaraq istifadə edilə biləcək nano quruluşdakı silika hissəciklərini sintez etdilər.

Cefri Boyd araşdırma ilə əlaqədar olaraq belə dedi: "Bakteriyaları yox etmə mövzusunda bu hissəciklər antimikroblardan daha yaxşı nəticə göstərdilər. Bu vəziyyət, bu hissəciklərin eyni zamanda daha yaxşı dərman daşıyıcıları ola biləcəklərino göstərdi".

Cefri Boydun fikrincə, bakteriyalar davamlı inkişaf edərək antimikroblara qarşı immunitet qazanırlar. Bu işin nəticələri ilə bakterial infeksiyalar, ya da istənməyən bölgələrdəki bakteriya inkişafı dayandırıla bilər.

Bu yeni mexanizm, olduğu mühitlərə yavaşca antimikrobları salır və bu da müəyyən bir bölgədə çox sayda molekulun olmasına səbəb olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.