Maraqlı

Kometa və asteroid arasındakı fərq nədir?

18 Oktyabr 2018 22:20
0 Şərh     Baxış: 5 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Davamlı bir-birlərinin yerinə istifadə edilərək bir məna qarışıqlığına səbəb olan kometaların və asteroidlərin arasındakı fərq əslində olduqca sadədir, bu onların strukturlarındakı fərqli maddələrdən irəli gəlir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Günəş sistemində planetlər və peyklərdən başqa davamlı ortalıqda gəzən bəzi göy cisimləri var. Məsələn asteroidlər bəzən Yer kürəsini də ziyarət edirlər ya da kometaların yağışlarını tez-tez eşidirik və görə bilmək üçün başımızı qaldırırıq. Lakin bu iki göy cisimi arasındakı incə və dəqiq fərq unudulur.

Aralarındakı fərqə keçmədən əvvəl hansı göy cismlərinə asteroid və kometanın deyildiyinə qısaca toxunaq. Günəş sisteminin ən kiçik göy cisimləri olan bu cütlük, əslində planetlər, peyklər və bütün Günəş sisteminin meydana gəlməsindən artıq qalan parçalardan ibarətdir və hamısı Günəşin orbitində hərəkət edir. Bu nöqtəyə qədər bütün xüsusiyyətləri ortaq olan asteroidlər ilə kometaların bir-biridən ayrıldığı nöqtə isə strukturlarını meydana gətirən fərqli quruluşdakı maddələrdir.

Asteroidlər qayalıqlardan və metallardan ibarətdir, kometaların quruluşunu meydana gətirən materialların əsasını buz, qaya parçaları və təbii maddələr təşkil edir. İki göy cisimi arasındakı bir başqa fərq isə Günəş ətrafındakı orbitlərdir. Kometaların orbitlərini asteroidlərin orbitləri ilə müqayisə etdikdə, çox daha nizamsız və dairə olmaqdan uzaqdır.

Eyni zamanda bu iki göy cisiminin kosmos boşluğunda olduğu mövqe də bir-birindən fərqlidir. Kometalar əksərən Kuiper qurşağında və onun da kənarındakı Oort buludunda olur, asteroidlər isə, ümumiyyətlə Mars və Yupiter arasındakı asteroid qurşağında gəzir.

Kometaların quyruqları isə əslində orbitlərindəki hərəkətləri əsnasında Günəşin yaxınlarından keçərkən strukturlarındakı maddələrin bəzilərinin buxarlaşması nəticəsində meydana gəlir və günəş küləkləri qaz halındakı bu maddələrin və toz parçacıqlarının kometadan uzaqlaşmasına səbəb olur. Bu da kometanın arxasından kilometrlər tərəfindən irəliləyən bir quyruq görüntüsünü meydana gətirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.