Maraqlı

Kartofu soyub bişirmək, ətlə yemək olmaz – SƏHVDİR

18 Oktyabr 2018 23:55
1 Şərh     Baxış: 13 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elə ailə yoxdur ki, hər gün kartofdan nəsə hazırlamasın. Amma çox qidalarda olduğu kimi kartofu da yanlış hazırlayırıq.

Milli.Az medicina.az-a istinadən bildirir ki, dietoloqlar və həkimlər kartofu qabıqlı yalda suda və ya sobada bişirib yeməyi tövsiyyə edir. Ən faydalı kartof manqalda və ya közdə qabıqlı bişmişidir. Yalnız bu zaman kartofda olan maddə və vitaminlər insan orqanizminə keçir. Çünki kartofun qabığı içindən daha faydalıdır. Karfotun qabığını soyanlar bilsin ki, onu zibil qutusuna atmış oldular.

Kartofu ət yanında qarnir kimi vermək isə ən səhv seçimdir. Ağır ət yeməyi yanında kartof mədəni əlavə yükə salır və həzm sisteminə zərərdir. O zaman nə ət, nə də kartof normal mənimsənilmir. Kartofu göyərti, kələm, pomidor və digər tərəvəzlərlə birgə və ya ayrıca yeyin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.