Maraqlı

Türkiyəli aktrisa Kannda bütün diqqətləri üzərinə çəkdi - FOTO

16 Oktyabr 2018 19:00
0 Şərh     Baxış: 1 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gümüş" serialından tanıdığımız 39 yaşlı aktrisa Söngül Öden qüsursuz bədəni və sinə dekolteli ilə göz qamaşdırıb.

Milli.Az publika-ya istinadən xəbər verir ki, Söngül Öden "Hayat Gibi" serialındakı tərəf müqabili Birkan Sokullu ilə Kanna gedib. Aktyorlar Kannda keçirilən serial, film və digər TV layihələri sərgisində iştirak edib.

Songül Öden gecə üçün türkiyəli dizayner Dilek Hanifdən dərin sinə dekolteli uzun libas seçib. O, libası ilə bütün diqqətləri üzərinə çəkə bilib. Saçını sıx toppuz yığan ulduz obrazını antik boyunbağı ilə tamamlayıb.

Tədbirdə "Karadeniz" serialının baş rol qəhrəmanları İrem Helvacıoğlu və Ulaş Tuna Astepe da iştirak edib. Söngüldən fərqli olaraq, İrem Helvacıoğlu yerə qədər sürünən qapalı libasa üstünlük verib. O, sadə kürək dekoltesi ilə kifayətlənib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.