Maraqlı

İntim münasibət zamanı şikəst olan qadından qeyri-adi addım - FOTO

16 Oktyabr 2018 10:02
13 Şərh     Baxış: 8 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərədə qəribə hadisə baş verib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, intim münasibət zamanı yataqdan yıxılan qadın mebel satan firmanı məhkəməyə verib.

46 yaşlı Claire Busby yataq dəstini aldığı "Beds Are Uzzz" şirkətindən 1 milyon 300 min dollar təzminat tələb edir.

Buna səbəb isə qadının yıxılarkən onurğasının sınmasıdır. Belə ki, Claire ömürlük şikəst qalıb.

O, məhkəmədə bildirib ki, cinsi əlaqə zamanı pozanı dəyişdirərkən yataq dəsti nasaz olduğuna görə yıxılaraq onurğasını sındırıb.

Şirkət nümayəndələri qadının iddialarını təkzib edərək, yataq dəstində hər hansı problemin olmadığını söyləyiblər.

Məhkəmə prosesi davam etdirilir.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.