Maraqlı

Dubay çimərliklərinə "dron-xilasedici" nəzarət edəcək

15 Oktyabr 2018 21:30
0 Şərh     Baxış: 1 062
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dubay bələdiyyəsi çimərlikdə insanların təhlükəsizliyinə nəzarəti təmin etmək məqsədilə "Flying Rescuer" adlı pilotsuz uçuş aparatı (PUA) yaradıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Dubay bələdiyyəsinin məlumatına görə, bu, dünyada həm funksiyalarına, həm də dizaynına görə ilk belə uçan aparatdır. O, 8 kiloqram yük qaldırmaqa qadirdir, həm radioidarəetmə, həm də avtopilot rejimində hərəkət edə və 30 dəqiqə batareyasını doldurmadan işləyə bilir. PUA, həmçinin yüksək hərarətə və nəmişliyə davamlıdır.

Dron nəzarət nöqtəsindən bir kilometr məsafədə canlı yayım həyata keçirmək imkanı olan iki videokamera ilə təchiz edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.