Maraqlı

Həyatını dəyişən adam: zərif qız saqqallı kişiyə döndü - FOTO

17 Oktyabr 2018 15:02
1 Şərh     Baxış: 7 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeddi il keçib artıq. Zərif, nərmənazik qızdan saqqallı kişiyə çevrilmişəm. Əla, kürən saqqalım var. Arzuma daha da yaxınlaşmışam. Arzum tərs və şəhvətli baxışlardan çəkinməyərək çimməkdir.

Milli.Az bildirir ki, ABŞ-ın Missuri ştatındakı Sent-Lüis şəhərində yaşayan 29 yaşlı Harrison Massi belə deyir. Bir çox transgenderlər kimi o, "əvvəlki" qadın adını söyləmək istəmir.

7 il əvvəl o, cinsini dəyişməyə, kişi olmağa qərar verib və testosteron inyeksiyaları vurmağa başlayıb.

2011-ci ildə 22 yaşlı Harrison rəfiqəsi, fotoqraf Sara Svetiyə qadın olmaqdan bezdiyini söyləyib.

Massinin dostları təəccüblənməyiblər, çünki onun istəklərindən və yaşam mövqeyindən xəbərdardılar.

Harissonun 60 yaşlı atası da onu dəstəkləyir: "Onu çox sevmişəm və indi də belədir. Qızım cinsini dəyişib oğlan olmaq istəyəndə anlayışla qarşıladım".

Massinin anası isə fərqli düşünür: "Əvvəlcə mənə belə gəldi ki, sanki övladım ölür. Lakin zaman keçdikcə anladım ki, münasibətlərdə heç nə dəyişmir. O, övladımdır".

Massinin böyük bacısı Zaza da onun bəxtəvər olmasını istəyir.

Harrison Massi hormonal terapiyaya indiyədək 9240 dollar ödəyib.

"Cinsimi dəyişəndən sonra iş tapmaq asan olmadı. İşə düzəlməyə getdiyim yerdə adımı biləndə heyrətlənirdilər, işə götürmürdülər", - deyən Massi çıxış yolunu bar açmaqda görüb.

O, kraft pivəsi barı açıb.

Elə o barda da Massi sevgilisi Sandra ilə tanış olub.

Onlar Sent-Lüisdə ev də alıblar, ailə qurmağa hazırlaşırlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.