Maraqlı

Abramoviç sabiq arvadına möhtəşəm malikanə tikdirir - FOTO

15 Oktyabr 2018 14:37
0 Şərh     Baxış: 1 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı milyarder, 51 yaşlı Roman Abramoviçin sabiq xanımı və iki övladının anası, 37 yaşlı Darya Jukova ABŞ-ın Nyu-York şəhərinin ən bahalı daşınmaz əmlaklarından birinin sahibəsinə çevrilib.

Milli.Az ABC-yə istinadən bildirir ki, Abramoviç şəhərin Manhetten səmtində yerləşən binanın yarısını 95 milyon dollara satın alaraq D.Jukovaya hədiyyə edib.

Upper East Side-da bir-birinə bitişik üç malikanəni satın alan Abramoviç "Herzog&de Meuron" tikinti şirkətlərinə bu malikanələri birləşdirərək bir evə döndərməyi tapşırıb.

Beləliklə, Darya Jukovanın iki övladı ilə birlikdə yaşayacağı malikanə 3 beşmərtəbəli binadan ibarət olacaq.

Roman Abramoviç hazırda İsrailin paytaxtı Təl-Əvivdə, milyarder Yaron Varsanodan satın aldığı malikanədə yaşayır.

East 75th Street-də yerləşən üç malikanənin ümumi sahəsi 2926,44 kvadrat metr olacaq bir kompleksə çevrilməsi istiqamətində isə aktiv iş aparılır.

15 East 75th St. ünvanda yerləşən taunhausu da Abramoviç satın alaraq Darya Jukovaya hədiyyə edib.

"Kompleks malikanə"nin layihə müəllifi tanınmış amerikalı memar Stiven Vanqdır. 6 mərtəbəli olacaq yeni malikanə kompleksində 12 vanna otağı, açıq və qapalı hovuzlar, heykəllər bağı və iki mərtəbədə yerləşəcək bədii qalereya atriumu olacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.