Maraqlı

Niyə İmam Hüseynə “Allahın qanı” deyirlər?

16 Oktyabr 2018 22:20
3 Şərh     Baxış: 1 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əgər Aşura ziyarətinə nəzər salsaq, görərik ki, İmam Hüseyn (ə) Sarəllah və ibni Sarihi adlandırılır. Bunun səbəbi nədir?

Milli.Az deyerler.org-a istinadən bildirir ki, cavabında deyə bilərik ki, Allah Təbarəkə və Təala maddi deyildir və onun bədəni olmadığı üçün, qanı da ola bilməz. Bu ibarə sadəcə bir bənzətmədir.

Yəni, necə ki, qan insan bədəni üçün həyati əhəmiyyət daşıyır, onun həyatını və ölümünü müəyyən edir, İmam Əli (ə) və oğlu İmam Hüseyn (ə) də dinimiz üçün bu cür əhəmiyyətə malikdirlər. Əgər Əli (ə) olmasaydı, İslam olmazdı. Əgər Hüseyn (ə) olmasaydı, Əhli-Beyt (ə) məktəbi qalmazdı.

Ancaq İmam Hüseyn (ə) bu xüsusiyyətə malikdir. Atası Əli (ə) Sarəllah olsa da, ibni Sarihi deyildir. O zamana qədər ki, İmam Hüseynin (ə) eşqi qəlblərdə və adı dillərdədir, Allah unudulmaz və yada salınar.

İmam (ə) bütün hər şeyini Allah yolunda fəda etdi. Zamanın riyakarlarının xar və zəlil simasını aşkar etdi. Üzlərindəki çirkin niqabı çıxartdı və nəbəvi İslamını insanlara tanıtdı. Ona görə də onun adı unudulmayınca, Allah da unudulmayacaqdır və daima dillərdə zikr olunacaqdır.

İmam Hüseynin (ə) ziyarəti də elə ziyarətlərdəndir ki, bütün Əhli-Beyt (ə) ona dəvət etmişdir. Bəs bu ziyarətə nə üçün bu qədər təşviq edilir?

İmam Sadiqdən (ə) gələn hədis bu suala cavab verir. İmam (ə) buyurur: "Qiyamət günü Hüseyn ibni Əlinin (ə) zəvvarı üçün başqa insanlardan daha çox fəzilət və üstünlük vardır".

Soruşurlar ki, bu fəzilət nədir?

Həzrət buyurur: "Hamıdan əvvəl, onlardan 40 il əvvəl behiştə daxil olacaqdır. Halbuki, (qalan) insanlar hesab verməkdə olacaqlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.