Maraqlı

32-ayaqlı robot - Mochibot

16 Oktyabr 2018 22:10
0 Şərh     Baxış: 1 286
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boston Dynamics insan hərəkətlərini təqlid edə bilən, NASA isə heç bir ayağı olmadan hərəkət edə bilən robotlar hazırlamağa çalışdığı əsnada qarşımıza olduqca qəribə bir robot çıxdı.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Yaponiyadan Tokio Universiteti və Keio Universiteti nəzdində araşdırma aparan alimlər 32-ayaqlı 'Mochibot' adı verdikləri bir robot hazırladı. Quruluşu etibarı ilə amöbləri xatırladan robotun hərəkətləri də bir amöb qədər yavaşdır.

Moçibotun 32 ayağı digər robotlar kimi oynaqlar vasitəçiliyi ilə hərəkət etmir. Bunun yerinə linear aktuatorlar yolu ilə uzanıb qısalaraq amöbü xatırladan bir hərəkətlə davranır. Cəmi 10 kq ağırlığında və təxminən bir metr maksimum boya çatan robotun dağ və qayalıqlar kimi çətin yerlərə dırmaşa bilməsi üçün hazırlanıb.

Moçibot sanki ilbiz sürətində hərəkət edə bilir. Ancaq robot hələ inkişaf mərhələsindədir. İkinci mərhələyə keçildiyində ilk planlaşdırılan, robota sürət qazandırmaq və diyirlənmə hərəkətini də Moçibotun qabiliyyətləri arasına əlavə etməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.