Maraqlı

Göbələklərlə bağlı səhv məlumatlar

16 Oktyabr 2018 23:45
0 Şərh     Baxış: 2 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütəxəssislər xalq arasında göbələklərlə əlaqədar bir çox səhv məlumatın gəzdiyinə diqqət çəkərək xəbərdar etdi. Xüsusilə zəhərli və zəhərsiz göbələyin yan-yana olmayacağı, qurdların, böcəklərin yediyi göbələyin zəhərli olmayacağı, qurudulmuş, bişirilmiş göbələyin zəhərli olmayacağı kimi. Bu məlumatlar səhv məlumatlardır. Zəhərli və zəhərsiz göbələk yan-yana ola bilər, qurdlu göbələk zəhərli ola bilər. Göbələk bişirilmədən yeyilməməlidir, amma bişirmə zəhərini aradan aparmaz."

Milli.Az deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər, göbələyin təsirlərinin qalıcı ola biləcəyini bildirdilər: "Göbələk zəhərlənmələri sadə hallarda qarşımıza çıxdığı kimi, ağır hallarda da qarşımıza çıxa bilər. Xüsusilə orqan çatışmazlığı formasında qarşımıza çıxa bilər.

Zəhərlənmə bütün orqanlara təsir edir, amma xüsusilə qaraciyər və böyrək çatışmazlığı olaraq görsənə bilər. Əvvəl ürək bulanması, qusma formasında görsənən təsirlər verir, daha sonra orqan çatışmazlığına qədər apara bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.