Maraqlı

Piylənməni kosmosdan müəyyən edə bilən süni zəka

16 Oktyabr 2018 22:45
0 Şərh     Baxış: 1 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Peyk görünüşlərini istifadə edərək piylənmə nisbətini müəyyən edə bilən bir süni zəka hazırlandı.

Araşdırmaçılar piylənməni kosmosdan müəyyən edə bilən süni zəka yaratdı. Proqram peyk üzərindən parklara, restoranlara və digər binalara baxaraq neçə insanın həddindən artıq kök olduğunu təxmin edə bilir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Amerikanın altı fərqli bölgəsində sınanan bu proqram, doğru nəticələr verə bilməsi üçün inkişaf etdirilir. Proqram hələlik 73.3% nisbətində doğru nəticə verir, lakin məlumatların daha yüksək hesablara çatması planlaşdırılır.

Vaşinqton Universitetinin araşdırmaçıları bu barədə belə danışdı: "Quruluşlu ətrafın xüsusi xüsusiyyətlərilə piylənmənin geniş yayılması arasındakı əlaqəni anlamaq, fiziki fəaliyyəti və piylənmə hallarını azalda biləcək struktur dəyişikliklərə yol aça bilər". Dünyada üç insandan birinin piylənmədən əziyyət çəkdiyini söyləyən elm adamları, bu narahatlığın ürək çatışmazlıqlarına da səbəb olan ciddi bir vəziyyət olduğunu vurğuladı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.