Maraqlı

Smartfon məktubları cavablandıracaq

16 Oktyabr 2018 08:46
0 Şərh     Baxış: 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Android" əməliyyat sisteminin tərtibatçısı Endi Rubinin təsis etdiyi "Essential" startapı süni intellektə malik smartfon hazırlamağa başlayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, kiçik ekranla təchiz ediləcək smartfonun idarəetməsi həm düymələr, həm də səsli komandalar vasitəsilə həyata keçiriləcək. Qurğu elektron poçt ilə daxil olan məktubları avtomatik cavablandıra və görüşlər təyin edə biləcək. Bundan başqa, smartfon istifadəçisi zənglər etmək, eləcə də istədiyi vaxt bildirişlərə müstəqil cavab vermək imkanına malik olacaq.  

Qurğunun prototipinin ilin sonunadək, işlək versiyasının isə 2019-cu ilin yanvarında "CES" sərgisində təqdim olunması planlaşdırılır. "Essential" smartfonu onun ekranı qarşısında az vaxt keçirmək istəyənlər üçün qurğu kimi qələmə vermək niyyətindədir.

Şirkət nümayəndələri qurğunun hazırlanması ilə bağlı informasiyanı şərh etməkdən və onun texniki xüsusiyyətlərini dəqiqləşdirməkdən imtina ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.