Maraqlı

Qurandan bir cüz oxumaq nə deməkdir?

16 Oktyabr 2018 08:21
1 Şərh     Baxış: 1 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ərəb dilində "cüz" hissə, parça deməkdir. Qurani-kərimi rahat oxumaq və əzbərləmək məqsədilə 30 bərabər hissəyə bölmüşlər. Bunlara cüz deyilir. Hazırki Quran nüsxələrində hər cüz təqribən 20 səhifə həcmindədir. Hər cüz iki hissəyə bölünür, bu hissələrə də "hizb" deyirlər. Quran oxunuşu ənənələrindən biri də onu cüz-cüz oxumaqdır. Bəzən məscidlərdə Quran vərəqlərini 20 səhifə şəklində cüzlərə bölür, cildləyir və oxuyanların ixtiyarına verirlər. Yas məclislərində də Quranı cüz-cüz oxumaq ənənəsinə rast gəlinir. Müştərək halda Quran oxumaq istəyən adamların hərəsi cüzlərdən birini götürüb oxuyur. Beləliklə, qısa müddət ərzində bütöv Quran oxunub qurtarmış (xətm edilmiş) olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.