Maraqlı

Gün ərzində nə qədər çörək yemək olar?

13 Oktyabr 2018 23:05
2 Şərh     Baxış: 3 356

Keyfiyətli tamdənli undan hazırlanmış çörək çox faydalı və qiymətli məhsuldur.

Onun tərkibində qidalı liflər, B qrupu vitaminləri, E vitamini, dəmir, maqnezium var. Bütün dünyada diyetoloqlar çörəyi gündəlik qidalanmaya daxil etməyi tövsiyə edir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, diyetoloqların fikrinə görə, buna əks-göstərişlər yoxdursa, gün ərzində 300 qr qədər çörək yemək olar.

Bir çoxları artıq çəkidə məhz çörəyi "günahlandıraraq" arıqlamaq üçün çörəkdən imtina edirlər. Lakin müasir diyetoloqların fikrinə görə, yalnız çörəkdən imtina etməklə arıqlamaq mümkün deyil. İlk növbədə yaşlı və şirin qidaların istehlakını azaltmaq lazımdır.

Bir çox insan qara çörəyi daha faydalı hesab edir. Lakin bu belə deyil. İsraildə aparılmış araşdırmalar göstərib ki, qara və ağ çörək orqanizmə demək olar eyni təsir edir. Lakin bəzi insanların orqanizmi qara, digərlərin isə ağ çörəyi daha yaxşı mənimsəyir. Alimlərin fikrinə görə, bu genetika ilə bağlıdır.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Roya · 14 Oktyabr 10:3100

    Corek bereketdi.Bizim xalqimiz coreyi cox sevir.Sufreye cesit-cesit yemek duz eger corek yoxdursa hami ac qalacaq.Ancaq 300 qr corek bir gun ucun coxdur.Esas da kokelmeye meyilli insanlarda.Genetiqadan cox sey aslidi.Meselen bizim kentde bir hissesine ariqlar deyiller.Onlarin hamisinin bir-biri ile qohumluq elaqesi var.Yeni onlarin cox yemelerine baxmayaraq hec vaxt kokelmirler.Hetta kokelmeye cox calissalarda alinmir.Onlarin genetikasindan gelen bir seydi.

    Cavab yaz
  • Anonim
    $.$.$. · 14 Oktyabr 12:0400

    Əsas odur ki saqlam və normal qidalanmaq lazımdır. Qış ayları xəmir xörəkləri cox yeyilir. Kökəlməyə meyilli olanlar yesələr də cox hərəkətdə olsalar piyada gəzsələr bu kalorili yeməklərin kalorisini söndurəcək. Turş meyvələr sezonudur. Nə qədər yaqlı xəmir yeməklər yesəniz də sitrus meyvələrdən istifadə etsəniz cəkiniz artmayacaq.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.