Maraqlı

Afranın yeni serialı - Ekran işi nədən bəhs edir?

13 Oktyabr 2018 09:39
0 Şərh     Baxış: 1 454

"Star TV"də "Kardeş Çocukları" adlı yeni serial yayımlanacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işində baş rolda oynayan aktrisalardan biri də Afra Saraçoğlu olacaq.

Mehmet Aslantuğ, Ayça Bingöl, Nur Fettahoğlu, Furkan Andıç və Murat Daltabanın rol aldığı serialın rejissoru Faruk Teberdir.

Ekran işində söhbət illər öncə yollarını ayıran Ümran (Ayça Bingöl) və Umay (Nur Fettahoğlu) adlı iki bacının Xəyal və Həyat adlı qızlarının həyatından bəhs edəcək. Ekran işində Həyatı Afra canlandıracaq. O, atası Camal tərəfindən doğulduğu kəndəki evə həbs edilən, aylarca ac, susuz qalan qız obrazınını canlandıracaq.

Qeyd edək ki, Saraçoğlu son olaraq "Fazilet hanım ve kızları" serialında oynayıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.