Maraqlı

Şahzadə gəlin: Çapığımdan utanmıram - FOTO

13 Oktyabr 2018 11:44
0 Şərh     Baxış: 2 949
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kraliça İkinci Elizabetin nəvəsi şahzadə Yevgeniya dünən Vindzor Sarayında Cek Bruksbankla evlənib. Toy mərasimində bir çox tanınmış simalarla yanaşı Britaniya kral ailəsinin üzvləri də iştirak edib. Onlar arasında may ayında həmin sarayda evlənən şahzadə Harri və onun həyat yoldaşı Meqan da olub.

Milli.Az Voice of America-ya istinadən bildirir ki, kraliçanın üçüncü uşağı, şahzadə Endrü və onun keçmiş həyat yoldaşı York hersoginyası Sara Ferqussonun qızı 28 yaşlı Yucin 32 yaşlı Bruksbankla sarayın 15-ci əsrə aid Müqəddəs Corc Kilsəsində ailə qurub.

Toyda şahzadə Yevgeniya modelyerlər Piter Pilotto və Kristofer de Vosun əsəri olan gəlinlikdə idi.

Paltarın beli açıq idi. Bunu şahzadə Yevgeniya istəmişdi. O, 12 yaşında olanda skoliozun aradan qaldırılması üçün cərrahiyyə əməliyyatı keçirib və sonucda belində uzun, şaquli çapıq qalıb.

8 saat davam etmiş əməliyyat zamanı onun onurğasına 8 20 sm-lik titan lövhələr qoyulmuşdu.

Hahzadə Yevgeniya bu minvalla bütün qadınları dəstəkləyib: heç bir qadın bədənindən və çapıqlarından utanmamalıdır.

"Paltarı qəsdən bu formada sifariş verdim ki, onurğam boyunca olan çapıq görünsün. Yeniyetməlik illərimdə bu çapığa görə utanırdım. İndi isə əsla utanmıram. Toyda geyimimlə mənə müalicəmdə dəstək olan insanlara, habelə bu əməliyyatdan keçən uşaqlara və yeniyetmələrə sayğımı göstərdim. Düşünürəm ki, gözəllik barədə təsəvvürlərimizi dəyişib çapıqlarımızı göstərə bilərik. Gerçəkdən də, bunu çox önəmli məsələ sayıram", - şahzadə Yevgeniya söyləyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.