Maraqlı

Türkmənistanda elmə məlum olmayan canlı aşkarlanıb

13 Oktyabr 2018 08:40
1 Şərh     Baxış: 1 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspan və bolqar alimləri Türkmənistanda elmə məlum olmayan canlı aşkarlayıblar.

Milli.Az "Report"a istinadən bildirir ki, naməlum buğumayaqlı ölkənin şərqindəki mağaralardan birində aşkarlanıb. Alimlər ona "Turkmenocampa mirabilis" adını veriblər. Bu, tərcümədə "inanılmaz" və ya "qeyri-adi" tərcüməsini verir.

Alimlərin sözlərinə görə, buğumayaqlı Türkmənistanın yaşama üçün çətin şəraiti olan mağaralarına uyğunlaşmaq üçün uzun təkamlü yolu keçib. Bu canlının Orta Asiyanın digər ərazilərində də olması güman edilir.

Alimlər canlının əlverişsiz şəraitə necə uyğunlaşmasını aydınlaşdırmağa çalışırlar.

Xatırladaq ki, avqustda Qax rayonunda da qeyri-adi görünüşə malik canlı tapılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.