Maraqlı

Türkmənistanda prezidentin tövsiyə etdiyi çaylarla müalicə təbliğ olunur

13 Oktyabr 2018 08:43
0 Şərh     Baxış: 1 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkmənistan səhiyyə və tibb sənayesi nazirliyi əhaliyə prezident Qurbanqulu Berdıməhəmmədovun kitabında tövsiyə olunan çay növlərindən istifadə etməyi məsləhət görüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, nazirlik tərəfindən prezidentin tövsiyə etdiyi çay növləri ilə bağlı xüsusi qeyd hazırlanır.

Nazirliyin informasiya mərkəzi "Neytral Türkmənistan" dövlət qəzetinin sentyabr buraxılışlarının birində yer alan məlumatda tövsiyə olunan müalicəvi çay növlərindən bəhs olunub. Bura itburnu, nanə, çoban yastığı və digər növlər daxildir.

Türkmənistan səhiyyə və tibb sənayesi nazirliyi dərman vasitələrinin çatışmazlığı və baha olması fonunda əhaliyə sağlamlıq məqsədilə çay içmək məsləhət görür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.