Maraqlı

AZAL reysləri İstanbulun üçüncü hava limanına yönləndirəcək

12 Oktyabr 2018 18:08
Baxış: 1 470
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti hazırda İstanbulun Atatürk hava limanına hərəkət edən reysləri üçüncü hava limanına yönləndirəcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

P.Kəsəmənskinin sözlərinə görə, yeni hava limanına müntəzəm reyslər həm AZAL, həm də "Silk Way" tərəfindən həyata keçiriləcək:

"Yeni hava limanında tarif siyasəti "Atatürk" hava limanı ilə eyni səviyyədə qalacaq".

P.Kəsəmənski əlavə edib ki, "Buta Airways" aviaşirkəti indiki tarif siyasəti çərçivəsində "Sabiha Gökçən" hava limanına reysləri davam etdirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.