Maraqlı

Məkkə və Mədinə arasında sürət qatarlarının səfərləri başlayıb

12 Oktyabr 2018 23:15
0 Şərh     Baxış: 715

Həcc və Ümrə ziyarətçilərinin dini ayinlərini rahat yerinə yetirmələri üçün Məkkə və Mədinə şəhərləri arasında sürətli dəmiryol xətti istifadəyə verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, oktyabrın 11-də Yaxın Şərqin ən böyük nəqliyyat layihələrindən biri olan Harameyn dəmiryolu xəttində sürət qatarlarının ilk səfəri həyata keçirilib.

Krallığın büdcəsinə 2 milyard dollara başa gələn sürətli dəmiryol xətti ildə 60 milyon insana xidmət göstərəcək. Uzunluğu 460 kilometr olan bu xətt sənaye bölgələrini, hava limanını və şəhər mərkəzlərini birləşdirir. Avtomobillə 4-5 saatlıq yolu bundan sonra qatarlar saatda 300 kilometr sürətlə 1 saat 20 dəqiqəyə qət edəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ötən il 2 milyon 400 minədək həcc və 7 milyon nəfərə yaxın ümrə zəvvarını qəbul edib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.