Maraqlı

Dəniz əsəbiləşdi: “Hamısını məhkəməyə verəcəm”

12 Oktyabr 2018 14:37
0 Şərh     Baxış: 992

Model Dəniz Akkaya haqqında yayılan təhdid və oğurluq iddiaları ilə bağlı danışıb. 

Milli.Az axşam.az-a istinadən məlumat verir ki, bu səbəblə də keçmiş sevgilisi Gökmen Şenovanın ailəsinin Akkayaya qadağalar qoyması barədə xəbərlər yayılıb. Bununla yanaşı, keçmiş meneceri Merih Yılmaz da Dənizin onu vurduğunu iddia edib.

Ardınca model polis bölməsinə çağırılıb. Bölmədən çıxarkən Akkaya özünün də məhkəməyə baş vuracağını bildirib.

İnstaqram hesabında verdiyi açıqlamada isə Dəniz Gökmen Şenova ilə artıq bir müddətdir ayrıldığını və münasibətin yayılan xəbərlərdən əvvəl bitdiyini vurğulayıb. O, bu yalan iddiaları yayan və onu tənqid, təhqir edənləri məhkəməyə verəcəyini qeyd edib. 

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.