Maraqlı

Qızını görə biləcək - Məhkəmə qərarı - FOTO

12 Oktyabr 2018 12:58
0 Şərh     Baxış: 1 062

"VİA Qra" qrupunun keçmiş solisti Anna Sedekovanın eks-əri Maksim Çernyavski arasında baş verən məhkəmə çəkişməsi başa çatıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 9 aydır ki, qızını görməyən ukraynalı müğənni hakimin hokmü ilə razılaşmağa məcbur olub. 

Belə ki, məhkəmənin qərarına uyğun olaraq qızı Monikanın valideynlik hüququ hər iki şəxsə verilib. O, iki həftə anasının və eyni müddət ərzində atasında qalacaq. 

"İndi Monika Meksikadadır, nənəsiylə istirahət edir. Təəssüf ki, güclü məhkəmə sisteminə və soyuq müharibəyə qalib gələ bilməyəcəm" - Sedekova bildirib. 

Qeyd edək ki, iş adamı M. Çernyavski Annanın Rusiyada yaşamağından narahat olduğu üçün qızını himayəsinə götürmüş, onu anası ilə görüşməsinə icazə vermirdi. Bundan sonra müğənni məhkəməyə müraciət etmişdi. 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.