Maraqlı

İbrahim Tatlısəs Sibel Canın konsertində ağladı - FOTO

12 Oktyabr 2018 10:55
0 Şərh     Baxış: 3 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sibel Canın konsertində iştirak edən İbrahim Tatlısəs bəzi mahnıları eşidəndə göz yaşını tuta bilməyib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Sibel Canın konserti İzmirdə baş tutub.

Konsertdə İbrahim Tatlısəs də tamaşaçı qismində olub. Bəzi mahnıları eşidəndə ağlayan İbrahimə yaxınılaşan Sibel Can "Ağlamaq olmaz, sənə heç yaraşmır" deyib.

Sənətçi onu dinləməyə gələn İbrahimə xitabən deyib:

"Burada olmağın şərəf və qürurdur. Allah səni başımızdan əksik etməsin. Yenə həmişə olduğu kimi qarşında həyəcanımı hiss etdirmədən mahnı oxumağa çalışacam. Hamının heyran olduğu sənətkarsan, bu gecə bütün alqışlar İmperator üçündür".

Sonra Sibel İbrahimə yaxınlaşıb və birlikdə "Yalan" mahnısını ifa ediblər. Tatlısəsin ağladığını görən Can deyib: 

"Ağlamaq olmaz, bu sənə yaraşmır. Daha yeni başlayır. Əla hazırlıqlar var və bunu dərk edirəm. Sizi çox yaxından izləyirəm. Ən qısa müddət ərzində Tatlısəsin albomunda yenə birlikdə olacağıq".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.