Maraqlı

Xoşbəxt olmaq öz əlinizdədir ...

11 Oktyabr 2018 23:37
5 Şərh     Baxış: 1 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər bir insanın xoşbəxt olmağa haqqı var və bu xoşbəxtliyi heç də uzaqda axtarmaq lazım deyil. Sadəcə xoşbəxt olmağın ən sadə sirlərini bilmək kifayətdir.

Milli.Az axşam.az-a istinadən xoşbəxt olmağın bəzi yollarını nəzərinizə çatdırır:

1. Keçmişinizə çox da boylanmayın. Əgər ötən zamanda buraxdığınız səhvlər haqqında düşünəcəksinizsə, xoşbəxtliyə gedən yollarda azıb qalacaqsınız. Buraxdığınız səhvlər haqqında düşünün, ancaq peşmançılıq hissi ilə yox, bir daha həmin səhvlərə yol verməmək üçün həmin anlardan nəticə çıxarın.

2. Paxıllıq hisslindən uzaq olun. Bu hissdən nə qədər çox uzaq olsanız, bir o qədər də xoşbəxt olacaqsınız.

3. Sevdiklərinizdən sevginizi əsirgəməyin. Sevginizi biruzə verməkdən çəkinməyin. Bu həm sizi, həm də doğmalarınızı xoşbəxt edəcək.

4. Mərhəmət hissini qəlbinizdən əskik etməyin. Bu hissin qarşılığında aldığınız tərif və təşəkkür sizi xoşbəxt edəcək.

5. Sağlamlığınıza diqqət yetirin. Sağlam ruh xoşbəxtliyin başlıca açarıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.