Maraqlı

Yuxularınız sizin haqqınızda bunları deyir

11 Oktyabr 2018 21:35
5 Şərh     Baxış: 1 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əgər siz tez-tez aqressiv və qarışıq yuxular görürsünüzsə, bu sizin psixoloji vəziyyətinizin heç də yaxşı olmadığı haqda məlumat verir.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, mütəxəssislər araşdırma apararaq belə qənaətə gəliblər. Onların sözlərinə görə, bir insan tez-tez belə yuxular görürsə, bu ya onun psixikası ilə, ya da problemləri ilə bağlıdır.

Alimlər bir neçə könüllü üzərində araşdırma apararaq, onların yuxularını yoxlayıblar. Bunların bəziləri xroniki depressiv xəstəlikdən əziyyət çəkənlər olub. Onların arasında depressiyada olanların çoxu yatan zaman aqressiv yuxular gördüyünü etiraf edib. Bu da həmin insanın psixologiyasında problem olduğundan xəbər verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.