Maraqlı

Kompüter insanın boyunu proqnozlaşdırır

13 Oktyabr 2018 16:08
0 Şərh     Baxış: 960
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Miçiqan Universitetinin alimlərinin hazırladığı neyron şəbəkə DNK-ya görə insanların boyunu dəqiqliklə proqnozlaşdırır və potensial riskli ciddi xəstəlikləri (ürək xəstəlikləri, xərçəng) qiymətləndirir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, kompüter alqoritmi ilk dəfə boy, sümüklərin sıxlığı və insanın nail olacağı təhsil səviyyəsi kimi insan keyfiyyətlərini proqnozlaşdırmağa çalışır. Bunların müəyyənləşdirilməsi üçün neyroşəbəkə yalnız genoma əsaslanır. Böyük Britaniyanın "UK Biobank" DNK bazasının - səhiyyə haqqında beynəlxalq informasiya resursunun məlumatlarından istifadə edən alqoritm 500 min nəfərin DNK-sını analiz edərək insanlar arasında fərqli cəhətləri aşkarlayıb və onların xüsusiyyətlərini müqayisə edib. Testlər zamanı kompüter hər insanın boyunu 1 santimetr dəqiqliklə proqnozlaşdırıb.  

Mütəxəssislərin fikrincə, indi bu üsulu ciddi xəstəliklərlə əlaqədar digər mürəkkəb əlamətlərin proqnozlaşdırılıması üçün tətbiq etmək olar. Bu, həkimlərə mümkün qədər tez profilaktika aparmağa, potensial xəstəliyin qarşısını almağa və ya yubatmağa imkan verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.