Maraqlı

Yeni Xiaomi 4K-nı dəstəkləyir

13 Oktyabr 2018 08:05
0 Şərh     Baxış: 1 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xiaomi" şirkəti yenilənmiş "Mi Box S" televizor qurğusunu təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, qiyməti 60 dollar təşkil edən yeni qurğu çoxlu quraşdırılmış "Google" məhsullarına malikdir, "HDR" standartlı təsviri saniyədə 60 kadr sürətində olmaqla "4K" təsvir ölçüsündə göstərir və "Dolby DTS" çoxkanallı səs formatını dəstəkləyir.

Məlumata görə, "Xiaomi Mi Box S" çoxnüvəli alt qrafik sistemli dördnüvəli prosessor, 2 giqabaytlıq operativ və 8 giqabaytlıq quraşdırılmış yaddaş və "Bluetooth 4.2" dəstəyi ilə təchiz edilib. Televizor qurğusunda 1 "HDMI 2.0A" və "USB 2.0" portu və audioçıxış nəzərdə tutulub. Əvvəlki "Xiaomi" mediapleyer modelləri kimi, yeni qurğu ən son "Android TV" versiyasının idarəetməsi ilə işləyir.

Qurğu dəstinə üzərində "Netflix" onlayn kinoteatrı və televizor kanallarına keçid üçün ayrı-ayrı düymələrin quraşdırıldığı məsafədən idarəetmə pultu daxildir.

ABŞ-da "Xiaomi Mi Box S" üçün artıq ilkin sifarişlər qəbul edilir. Qurğunun tədarüklərinə isə oktyabrın 19-dan etibarən başlamaq nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.