Maraqlı

Smartfonlar üçün yeni akkumulyator batareyası təqdim olundu

13 Oktyabr 2018 17:40
1 Şərh     Baxış: 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Huawei" şirkəti smartfonlar üçün dünyada ilk litium-silisium akkumulyator batareyasını təqdim edib. Yeni tip batareya ilə təchiz edilən elektron qurğular enerjini daha tez toplayacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, litium-silisium akkumulyatorlar mövcud sürətli enerjidoldurma texnologiyalarını daha təhlükəsiz və sürətli etməyə imkan verəcək. Bundan başqa, litium və silisium əsaslı akkumulyatorlar çoxlu enerji ilə doldurulma və boşaldılma dövrəsini dəstəkləyəcək - yeni tip batareyaların istismar müddəti daha çox olacaq.   

Çinin elektron nəhəngi nümayəndələrinin sözlərinə görə, şirkətin yeni tip akkumulyatorlara əsaslanan batareyaları insanlar tərəfindən elektron qurğuların enerji ilə doldurulmasına münasibəti dəyişəcək və onların smartfondan istifadə etmək imkanından məhrum olmaq qorxusunu aradan qaldıracaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.