Maraqlı

Qadın hansı hallarda oruc tutmaqdan azaddır?

13 Oktyabr 2018 08:21
0 Şərh     Baxış: 1 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadın hansı hallarda oruc tutmaqdan azaddır? Tutmadığı orucların qəzası varmı?

Kişi ilə qadın üçün ümumi olan hökmlərdən əlavə, qadın daha üç halda oruc tutmaqdan azaddır. Birincisi, qadın heyzlidirsə və ya nifas (zahı) vəziyyətindədirsə, orucdan azaddır.

Milli.Az islam.az-a istinadən bildirir ki, sübh azanına kimi pak olsa, oruc tutmalıdır. Sübh azanından sonra pak olsa, o günün orucu batildir. İkincisi, əgər qadın hamilədirsə, oruc tutmaq onun özünün və bətnindəki körpənin sağlamlığına ziyandırsa, orucdan azaddır. Üçüncüsü, əgər qadının südəmər körpəsi varsa və oruc tutmaqla südü azalırsa, körpə də bundan əziyyət çəkirsə, bu halda da oruc tutmaqdan azaddır. Lakin hamiləliyə ziyan olmadığı və südü azalmadığı halda, orucunu tutmalıdır. Hər bir halda, oruc tutmazsa, sonradan günə-gün hesabı ilə qəza etməlidir, kəffarə də lazım deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.