Maraqlı

Turistlər üçün ən bahalı şəhər açıqlanıb

12 Oktyabr 2018 08:17
0 Şərh     Baxış: 1 813
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Global Destination Cities Index" reytinqində Dubay turistlər üçün ən bahalı şəhər kimi birinci yeri tutub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Mastercard"ın tərtib etdiyi reytinqə əsasən, səyahətçilər Dubay şəhərində orta hesabla 537 dollara yaxın pul xərcləyirlər.

Qlobal reytinqdə ikinci yeri Paris (301 dollar), 3-cü yeri isə Sinqapur (286 dollar) tutub. İlk beşliyə Seul (181 dollar) və Banqkok (173 dollar) daxildir.

İlk beşliyə daha yaxın olan ölkələr sırasına Tokio (154 dollar), London (153 dollar) və Nyu-Yorkun (147 dollar) da adı var.

Reytinqin tərtib edilməsi üçün "Mastercard" turistlərin 162 ölkədə etdiyi ödənişlər barədə məlumatlardan istifadə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.