Maraqlı

Həyat yoldaşına yuxuda niyə yad kişi görürsən dedi və... - AĞLASIĞMAZ OLAY

12 Oktyabr 2018 08:40
6 Şərh     Baxış: 4 085

32 yaşlı Kezban A. adlı qadın həyat yoldaşından onu döydüyünü və əziyyət verdiyini əsas gətirərək boşanmaq istəyib. Arvadından boşanmaq istəməyən kişi isə qadını əvvəlki həyat yoldaşından olan qızlarına təcavüz etməklə hədələyib.

Milli.Az xəbər verir ki, iyrənc təhdidlərə məruz qalan qadın polisə şikayət edərək kömək istəyib.

32 yaşlı Kezban A 8 aydır S.A adlı şəxslə ailəlidir. Qadının birinci evliliyindən 12 yaşlı C.E və 8 yaşlı Z.E adlı qızları var. Yaşadığı işgəncələrə son qoymaq üçün evdən ayrılmaq istəyən Kezban. A. həyat yoldaşının işgəncələrinə, təhqirlərinə məruz qalıb.

Gənc qadın ərinin narkoman olduğunu, psixotrop dərmanlar qəbul etdiyini deyib:

"İlk dəfə tanış olanda mən onun narkoman olduğunu bilmirdim. Çox qısqanc idi. Müxtəlif bəhanələrlə məni döyür, zorakılıq edirdi. Yeni işə düzəlmişdim. Tikiş sexində. Çox fikirləşdiyimdən iş yerimi yuxuda görmüşəm. Təsadüfdən demişəm ki, bu libası buraya qoyacağıq, Özkan qardaş". O da mənim yuxuda dediklərimi eşidib. Mənə dedi ki, sən yuxuda kişi görürsən? Sən hansı haqla yuxuda başqa kişinin adını sayıqlayırsan deyib, məni döyməyə başladı. Hər gün döyür, söyür, təhqir edirdi. İşə qırmızı köynəklə getdiyim, pomada sürtdüyüm və ətir istifadə etdiyim üçün belə döyüb, xəstəxanalıq edib".

Şikayətlər əsasında daha əvvəl kişiyə ailəsinə, xüsusilə də qadına yaxınlaşmaması üçün məhkəmə tərəfindən uzaqlaşdırma qərarı çıxarılıb.

Gənc qadın "o məni öldürmədən onu həbs edin", deyə polislərə yalvarıb. Faktla bağlı araşdırma aparılır. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    ...... · 12 Oktyabr 09:3710

    bir dəfə ailə qurmaq yetmədi sənə ağil ucbatindan nə gəldi edirsiz allah yardimçiniz olsun

    Cavab yaz
  • Anonim
    xanım · 12 Oktyabr 09:5620

    Belə manyak insanlar var. Mən bir ailə tanıyıram. deməli 3 uşaqları olub uşaqların ikisi sarışın , ortancıl olanı isə qarabəniz idi. Kişi arvadını döyürdü ki bu uşaq kimdəndir? niyə o birilər sarışındır bu yox. Yazığıa gün vermirdi

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 12 Oktyabr 10:0831

    Özü də əvvəldən bilirdin ki, qisqancdi xasiyyeti sendeki bosanmis xanim Bunun neyine ere gedirdin Sonrasi da men inanmiram bu xanima yox əşşi yuxuda deyib Özkan qardaş ))) Dunen gece men yuxuda qisqirirdim Moder cannnn serhi nöş silmedinizzzz həəəəəəəəəəəəəəə ha ha ha)))))))))

    Cavab yaz
    • Anonim
      Rufet · 12 Oktyabr 11:2720

      Ay Esra öz aramızdır yuxuda yaman pis sözlər deyərək qışqırmısan haaa.Sonra noldu???

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 12 Oktyabr 11:4031

        Özümnen basqa sesimi esiden olmadi Öz sesime ayildim Salamatcilikdiiiii:)))))) Sonrasida esidsin deeee moder xanimlarda var buradaaaaaa ) )))))))))))))))))))

        Cavab yaz
  • Anonim
    asi · 12 Oktyabr 10:3245

    Bizim bir tanış bir dəfə yuxusunda görmüşdü ki, arvadı kafedə oturub çay içir başqa kişi ilə).. Sonra arvadını bir həftə danışdırmamışd, acığından))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.