Maraqlı

Selena Qomezin səhhəti pisləşdi

11 Oktyabr 2018 13:40
2 Şərh     Baxış: 1 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Selena Qomez xəstəxanaya yerləşdirilib.

Milli.Az axşam.az-a istinadən məlumat verir ki, ifaçı emosional böhran yaşayır. Bir həftə ərzində iki dəfə xəstəxanaya yerləşdirilən Qomez haqda bir neçə iddia yayılıb. Belə ki, onun keçmiş sevgilisi Castin Biberin evlənməsindən sonra depressiyaya düşdüyü deyilir. 

Başqa mənbədə isə Selenanın keçən il keçirdiyi böyrək nəqli əməliyyatından sonra tez-tez belə problemlər yaşadığı yazılıb.

Bundan əlavə, onun "Panik atak" keçirdiyi və uşaq vaxtı dialektik davranış müalicəsi olduğu vurğulanır. Sözügedən müalicə üsulundan istifadə edən xəstələrdə özünə ziyan vermək, intihar cəhdi, depressiya kimi əlamətlər görünür. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.