Maraqlı

Kolumbiya gözəli İspaniya gözəlini tənqid etdi: "Müsabiqədə qadın doğulanlar iştirak etsin" - FOTO

10 Oktyabr 2018 23:34
0 Şərh     Baxış: 3 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kolumbiyanın gözəllik kraliçası Valeriya Morales yeni açıqlamalar verib.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, 20 yaşlı Morales "Kainat Gözəli" müsabiqəsində İspaniyanı təmsil edəcək transseksual model Ancela Ponsu sərt şəkildə tənqid edib. "Məncə bu tip müsabiqələrdə qadın olaraq dünyaya gələnlər iştirak etməlidir", - deyə Kolumbiya gözəli bildirib.

"Kainat Gözəli" müsabiqəsi bu il Taylandda keçiriləcək. Müsabiqədə bir ilk yaşanacaq. İspaniya müsabiqəyə 26 yaşlı trans göndərir. Kolumbiya gözəli televiziyaya müsahibəsində deyib:

"Məncə belə müsabiqələr sadəcə qadınlara aid olmalıdır. Bu Pons üçün dezavantajdır. Ona hörmət etməliyik. Amma müsabiqəni onunla bölüşməməliyik".

Sosial şəbəkədə isə Morales sərt reaksiyalarla üzləşib. Bundan sonra Kolumbiya gözəli geri addım atıb: "Əgər müsabiqə komitəsi Ancelanı qəbul edirsə, biz də sevgi və hörmət göstərməliyik".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.