Maraqlı

Milyarder insanları Aya aparacaq

10 Oktyabr 2018 21:33
0 Şərh     Baxış: 369

Yaponiyalı milyarder, geyim şirkətinin sahibi Yusaku Maedzava Tokioda keçirilən mətbuat konfransında özü ilə insanları Aya aparacağını bildirib.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, onun aparacağı insanlar dünyanı daha da təkmilləşdirmək istəyən yaradıcı insanlar olacaq.

Mənim arzum bütün dünyada sülhdür. Mən dünyanı öz əsərləri ilə daha da yaxşılaşdırmaq istəyən insanları axtaracam və özümlə aparacam. Təbii ki, seçdiyim insanın əsərlərini bəyənməyim vacibdir. Hələ ki, heç kəsə təklif etməmişəm", - deyə iş adamı bildirib.

Maedzavanın 3 milyard dollarlıq sərvəti var və o, kolleksioner kimi də tanınır. İş adamı Aya niyə yaradıcı insanları aparmaq istədiyini də deyib:

"Sənətdə söz yoxdur, insanları ümumi dil olmadan birləşdirir. Sənətdə söz yoxdur amma özünə dərindən baxmağa, düşünməyə şərait yaradır. Bu səbəbdən incəsənəti sevirəm".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.