Maraqlı

Yaponların əksəriyyəti...

10 Oktyabr 2018 22:43
0 Şərh     Baxış: 1 499
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NHK telekanalının keçirdiyi sorğunun nəticələrinə görə, yaponların əksəriyyəti Yaponiyanın Baş naziri Şinzo Abenin Şimali Koreyanın lideri Kim Çen In ilə görüşünün tezliklə təşkilini məqəsəduyğun hesab edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, NHK telekanalının oktyabrın 6-da keçirdiyi sorğuda 18 yaşdan yuxarı 2100 nəfərin iştirakı nəzərdə tutulsa da, onların 59 faizi sorğunun suallarını cavablandırmağa razılıq verib.

Respondentlərdən Yaponiya və Şimali Koreya sammitinin keçirilməsinin məqsəduyğunluğu barədə suala cavab vermələri xahiş olunub.

Sorğuda iştirak edənlərin 55 faizi həmin sammitin tezliklə keçirilməsinə tərəfdar olduqlarını bildirdikləri halda, 19 faizi tələsməyə ehtiyac olmadığını bildiriblər. Respondentlərin 18 faizi bu barədə heç bir fikrə malik olmadıqlarını deyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.