Maraqlı

Ehtiyacsız olmağın meyarı nədir?

11 Oktyabr 2018 22:40
0 Şərh     Baxış: 608

İnsanların əksər hissəsinin nəzərinə görə, ehtiyacsız olmağın əsil yolu - mal və sərvət toplamaqdadır. Halbuki, zənginlərin bir çoxu yoxsul insanlar kimi yaşayırlar. Davamlı olaraq mallarının az olmasından danışarlar. Buradan məlum olur ki, sərvətin çoxluğu insanın ehtiyacsız olmasının meyarı ola bilməz. Əslində insanı ehtiyacsız edən meyar - insanın nəfsinin zəngin və razı durumda olmasıdır.

Həzrət Peyğəmbər (s) buyurur: "Ehtiyacsızlıq malın çoxluğu ilə deyildir. Həqiqi ehtiyacsızlıq - nəfsin ehtiyacsızlığıdır".

İmam Həsənə (ə) sual verirlər ki, zənginlik nədir? Həzrət (ə) buyurur: "Zənginlik və ehtiyacsızlıq - nəfsin, ona nəsib olana razı olmasıdır, baxmayaraq ki, az olsa da belə".

İmam Səccad (ə) buyurur: "Ümidini insanlardan kəs ki, bu, ehtiyacsız olmaqdandır. İnsanlardan hacət istəməyini azalt ki, bu, yoxsulluqdur".

İmam Baqirdən (ə) nəql edilir: "Bir kişi Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: "Ey Allahın Peyğəmbəri! Mənə təlim ver!".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət (s) buyurur: "İnsanların əlində olandan ümidsiz ol ki, ehtiyacsızlıq ondadır".

Həmin kişi istəyir ki, Həzrət (s) ona yenə təlim versin.

Bu zaman Həzrət buyurur: "Tamahdan çəkin ki, ehtiyaclı olmaq ondadır"".

İmam Rza (ə) buyurur: "Hər kim ruzisinin az olmasına görə Allahdan razı olarsa, Allah da onun az əməlindən razı olar".

Bir gün Həzrət Peyğəmbər (s) Suffə səhabələrinin yanına gedir və onlardan biri deyir: "Ya Rəsulallah (s)! Mən nəfsimdə elə bir hal hiss edirəm ki, bütün dünya nəzərimdə dəyərsizdir. İndi mənim nəzərimdə qızıl və daş birdir. Yəni, bunlardan heç biri məni özünə tərəf çəkə bilməz.

Həzrət Rəsulallah (s) ona baxdı və buyurdu: "Sən indi azad insansan".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.