Maraqlı

Gözəl və pis əxlaqı ölçmək üçün sadə meyar

11 Oktyabr 2018 21:40
0 Şərh     Baxış: 884

Əxlaqın bəzi sifətləri fəzilətli, bəziləri isə rəzildir. Əxlaqın gözəl və ya pis olmasını müəyyən etmək üçün müxtəlif yollar təklif olunmuşdur.

Əgər İslam dininin bu sahədəki nəzərini bilmək istəyiriksə, o zaman Quran və sünnətlə tanış olur və İslam maarifini öyrənirik. Beləcə, hansı sifətlərin fəzilətli və hansılarının rəzil olduğuna əminlik tapırıq. Bunu həm dinimiz, həm də ağlımız təsdiq edir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, dinimiz buyurur ki, o sifət ki, sənin təkamül etməyinə yardım edər, o, fəzilətli sifətdir. O sifətlər ki, səni insanlıqdan süqut etdirir, o, rəzil sifətdir.

Ola bilsin ki, bəzi rəzil sifətlərin başqa insanlara ziyanı olmasın, ancaq insanlıq və mənəvi baxımdan həmin şəxsin süqut etməsinə səbəb olar. Ona görə də onu fəzilətli sifət adlandırmaq olmaz.

İmam Hüseynə (ə) sual verirlər ki, insanın kəramət və fəziləti nədədir? Həzrət (ə) buyurur: "Dilinə nəzarət etməsində və səxavətli olmasındadır".

Sual verirlər ki, bəs insanın nöqsanı nədədir? Buyurur: "Özünü faydalı olmayan şeylərə məcbur etməsindədir".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.