Maraqlı

Şah Əbdüləzim kim olub?

11 Oktyabr 2018 21:10
0 Şərh     Baxış: 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu nəcib seyyid İmam Həsənin (ə) övladlarından və o həzrətin beşinci nəsildən nəvəsidir. Seyyid Əbdüləzim yeddinci İmam Kazimin (ə) zamanında Mədinədə doğulmuş, səkkizinci İmam Rzanın (ə), doqquzuncu İmam Cavadın (ə) səhabəsi olmuş, onuncu İmam Hadi ilə (ə) görüşmüşdür.

Milli.Az islam.az-a istinadən bildirir ki, Seyyid Əbdüləzim xəlifənin zülmündən qaçaraq indiki İran ərazisinə, Tehran yaxınlığındakı Rey şəhərinə pənah gətirdi. Burada şəraitin əlverişli olduğunu görərək məskunlaşdı. Seyyid Əbdüləzim təqvalı və uca məqamlı şəxs idi, xalqı maarifləndirməklə məşğl olurdu. Dini mənbələrdə onun fəzilətləri barədə xeyli məlumatar və məsumların dilindən onu tərifləyən hədislər mövcuddur. Seyyid Əbdüləzim miladi 866-cı ildə dünyasını dəyişmişdir. Rey şəhərindəki məzarı hal-hazırda böyük ziyarətgahdır. Seyyidlər içində xüsusi məqamına görə və hörmət əlaməti olaraq onu "Şah Əbdüləzim" adlandırırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.