Maraqlı

Cadu varmı və bu barədə Qurani-kərimdə nə deyilir?

11 Oktyabr 2018 22:45
6 Şərh     Baxış: 3 521

Cadu vardır və onu inkar etmək düz olmazdı. Tarix boyunca cadu, sehr, tilisim və s. bu kimi əməllər mövcud olmuşdur. Lakin bu işlə məşğul olmaq haram və çox böyük günahlardandır. Cadu - bəzi təbiət qüvvələrinin və cinlərin yardımı ilə həyata keçirilir. Cadunun varlığının ən gözəl sübutu Qurani-kərimin 113-cü "Fələq" surəsidir. Cadu barədə hədislərdə də məlumatlar çoxdur. Məsələn, İmam Əli (ə) buyurub: "Göz dəymə haqdır (yəni vardır), əfsun haqdır, sehr haqdır, fal haqdır..." ("Nəhcul-bəlağə", 400-cü qısa kəlam).

Milli.Az islam.az-a istinadən bildirir ki, yenə o həzrət buyurub: "Münəccim kahin kimidir, kahin sehrbaz kimidir, sehrbaz kafir kimidir, kafirin yeri isə cəhənnəm alovudur!" ("Nəhcul-bəlagə", 79-cu xütbə). Rəvayətə görə, bir gün bir qadın Həzrət Mühəmməd Peyğəmbərin (s) hüzuruna gəlib söylədi: "Ərim məndən soyuyub. Mən də onu özümə bağlamaq üçün bəzi işlər görmüşəm (yəni sehr etmişəm)". Peyğəmbər qəzəblənib buyurdu: "Vay olsun sənə! Öz dinini məhv etmisən! Allaha yaxın olan mələklər sənə lənət edir! Səmadakı mələklər sənə lənət edir! Yerdəki mələklər sənə lənət edir (Peyğəmbər bu sözləri 3 dəfə təkrar etdi)" ("Biharul-ənvar", cild 79, səh. 214).
Eyni zamanda cadudan qorxmaq da lazım deyil. Əvvəla, həqiqətən cadu bacaranların sayı çox azdır. Çoxu isə fırıldağçıdır. İkincisi, Quran, xüsusilə "Fələq" və "Nas" surələrini oxumaqla cadudan qorunmaq olar, inşAllah.

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Beta · 11 Oktyabr 22:5221

    Yaxwl falcl yeri bilen tanıyan var, varsa yazın da zehmet olmasa

    Cavab yaz
    • Anonim
      */* · 12 Oktyabr 00:1411

      Qaynanamdan soruşub deyerem)Falçıların sponsorudu)

      Cavab yaz
  • Anonim
    Nnn · 11 Oktyabr 23:3870

    Caduya inanmıram çünki en qorxulu cadugarin etdiyi en dehşetli cadu belə Allahın qudretinnen böyük ola bilməz.istenilen cadunu sehride ayətullah kursu nas feleq oxudunsa dünya dagila o cadu tesir etmez.cadu inana tesir edir

    Cavab yaz
    • Anonim
      Leyla · 12 Oktyabr 06:0400

      Cadu edenler ozunu pirezdent memur etsin milyaner etsin cadular bes bunu niye bacarmir eger dogurdan cadu varsa

      Cavab yaz
  • Anonim
    mmm · 12 Oktyabr 14:0100

    men size olan bir hadise yazim... demeli 2-ci dunya muharibesi erefesinde dunyaca taninan, bilinen guya geleceyi xeber veren bir falci Hitlerin yanina gelir... hitlerin hemin vaxt basi qarisiq olub, toplanti kecirirmis.... esgerlerden biri iceri girib deyirki, "hay hitler sizin yaniniza bir falci gelib, gelecekden size xeber vermek isteyir"... hitler de deyirki, aparin onu gulleliyin... o geleceyi goren olsaydi bura gelmezdi...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.