Maraqlı

Xoşbəxt münasibətlərin əsas əlaməti nədir? - Alimlər açıqladı

12 Oktyabr 2018 22:34
1 Şərh     Baxış: 1 283

Kaliforniya universitetinin mütəxəssisləri xoşbəxt və uğurlu münasibətlərin əsas əlamətini açıqlayıblar.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, alimlərin fikrinə əsasən, partnyorların danışıq əsnasında "biz" şəxs əvəzliyindən istifadə etməsi uğurlu və xoşbəxt münasibətlərin əsas amilidir.

Tədqiqat aparan alimlərdən biri, Meqan Robbins bildirib ki, "biz" şəxs əvəzliyi insanların sıx münasibətlərindən xəbər verir. Bu münasibətlər eqoizmə məruz qalmayıb və tərəflər partnyorluğu daha da inkişaf etdirməyə can atırlar.

Tədqiqatçılar bildirirlər ki, belə bir vəziyyət təkcə cavanlar üçün yox, yaşlı cütlüklər üçün də aktualdır. Bununla yanaşı, "biz" şəxs əvəzliyinin hansısa münaqişə və ya çətinliklər zamanı işlədilməsi çox vacibdir:

"Bu sözlər insanların münasibətini dəyişə bilər və onları daha yaxın və etibarlı edə bilər".

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Yusif · 13 Oktyabr 01:1400

    Doğru...evlendikden sonra "MEN"deyil...."BIZ"deyilmeli

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.