Maraqlı

Kişilər bu tərəvəzin şirəsini içsələr...

14 Oktyabr 2018 23:40
0 Şərh     Baxış: 4 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pomidor şirəsi ən faydalı şirələrdən biri sayılır. Pomidor şirəsi A, C, B qrupu, PP kimi vitaminlər və bir çox əvəzolunmaz minerallarla (kalium, kalsium, maqnezium, fosfor, marqans, sink, dəmir və s.) olduqca zəngindir.

Bu şirə bir çox xəstəliklərin profilaktikası məqsədi ilə təbii müalicəvi vasitə kimi istifadə oluna bilər.

Milli.Az saglamolun.az-a istinadən pomidor şirəsinin faydalarını təqdim edir:

- Kaliumla və maqneziumla zəngin olan pomidor şirəsi ürək-damar sisteminə çox müsbət təsir edir - ürək əzələsini möhkəmləndirir, damar və kapilyarları qoruyur, damarlarda xolesterininin yığılmasına mane olur, arterial təzyiqi tənzimləyir, qanın tərkibini yaxşılaşdırır.

- Qlaukoma xəstəliyi zamanı faydalıdır - göz təzyiqini aşağı salır.

- Varikoz xəstəliyinin qarşısını alır.

- Beyində "serotonin" hormonunun ifrazını artırır. Serotonini "xoşbəxtlik hormonu" adlandırırlar. Bu hormon streslə mübarizə etməyə kömək edir, əhval-ruhiyyəni yaxşılaşdırır, yorğunluğu azaldır.

- Güclü antioksidant likopinlə zəngin olan pomidor şirəsi xərçəng əleyhinə təsirə malikdir.

- Pomidor şirəsi orqanizmə iltihab və mikrob əleyhinə təsir edir.

- Cavanlaşdırıcı təsirə malikdir, dərinin vəziyyətinə müsbət təsir edir.

- Hamilə qadınlarda ürək bulanması zamanı yaxşı kömək edir.

- Maddələr mübadiləsi proseslərini sürətləndirir, arıqlamağa kömək edir.

- Orqanizmi ziyanlı maddələrdən təmizləyir.

- Pomidor şirəsi kişilərdə prostat vəzi xəstəlikləri zamanı və bu xəstəliklərin profilaktikası məqsədi ilə istifadə olunur.

Lakin onu da nəzərə almaq lazımdır ki, ciddi mədə-bağırsaq sistemi xəstəlikləri zamanı bu şirəni qəbul etmək olmaz

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.