Maraqlı

Serebral (beyin) araxnoidit

13 Oktyabr 2018 23:50
0 Şərh     Baxış: 1 468

Araxnoidit - baş beyin və onurğa beynin yumşaq qişalarının, əsasən hörümçəyəbənzər qişasının iltihabıdır.
Etiologiyası və patogenezi:
Səbəb amili kimi qrip, revmatizm, xroniki tonzillit, rinosinusitlər, otitlər, bir sıra ümumi infeksiyalar və kəllə-beyin zədələri çıxış edir.
Klinikası:
Xəstələr baş ağrısı, başda ağırlıq hissi, başgicəllənmə, ürəkbulanma, əqli və fiziki iş zamanı tez yorulma və əhvalın pisləşməsi, əsəbilik, ürək və epiqastral nahiyədə xoşagəlməz hissdən şikayətlənirlər.
Ocaq əlamətləri araxnoiditin lokalizasiyasından asılıdır.
Diaqnostika:
Diaqnoz klinik mənzərənin və gedişin kompleks qiymətləndirilməsinə, eləcə də əlavə müayinə üsullarına əsaslanmalıdır. Kranioqramlar kəllədaxili təzyiqin yüksəlməsinin dolayı əlamətlərini aşkar edilə bilər.
Elektroensefaloqrammada konveksital araxnoidit zamanı lokal biogərginlik dəyişmələri aşkar olunur. Diaqnoz qoyulan zaman xəstəliyi digər patologiyalarla differensiyasiya etmək mütləqdir.
Müalicəsi:
Araxnoiditin kəskin mərhələsində differensə olunmayan və olunan müalicə aparılmalıdır.
Differensə olunmayan müalicə iltihab əleyhinə, desenzibilizə edici, allergiyaya qarşı, həmçinin orqanizmin müqavimətini yüksəldən vasitələri əhatə edir. Bu məqsədlə qlükokortikoidlər və histaminəleyhinə preparatlar tətbiq olunur.
Differensə olunmuş müalicə etioloji amildən, xəstəliyin mərhələsindən və prosesin lokalizasiyası ilə şərtlənən klinik formalardan asılı olaraq aparılır. Salisilatlar, qeyri-steroid tərkibli iltihabəleyhinə preparatlar - indometasin, mefenam turşusu, brufen tətbiq edilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.