Maraqlı

Şəkərli diabet xəstələrinin bilməsi gərək olan 6 məsləhət

13 Oktyabr 2018 20:50
0 Şərh     Baxış: 3 064

1. Zədələnmə riskini nəzərə alaraq, dırnaqların və döyənəklərin təmizlənməsi zamani iti və kəsici əşyalardan (qayçı, döyənək bıçaqları, ülgüc) istifadə etməyin. Həmçinin döyənək və ya dırnaqları yumşaldan vasitələrdən (döyənək məlhəmlərindən, plastırlardan) hec vaxt istifadə etməyin.

2. Pəncərələrdə zədələnmiş dərini təmizləmək üçün spirtli məhlulardan (yodun spirtli məhlulu, brilliant yaşılı - "zelyonka"), həmçinin qatılaşdırılmış tünd kalium permanqanat məhlulundan istifadə etməyin.

3. Ayaqları qızdırıcının (elektrik daxil olmaqla), buxar istilik batareyalarının, elektrik qızdırıcılarının köməyi ilə isitməyin.

4. Ayaqqabısız gəzməyin, hətta evdə belə corab və ya cust (şəp-şəp) geyinin.  Bu, həm pəncə dərisinin zədələnmə riskini azaldır, həm də pəncəyə düşən ağırlığın artmasını aradan qaldırır. Yüksək sürtülmə ehtimalı olduğu üçün yalın ayağa ayaqqabı geyinməyin.

5. Bütün gün ərzində və ya intensiv fiziki yük ( tez yürüş, başqa hərəkət aktivliyi) nəzərdə tutulubsa, yeni ayaqqabı geyinməyin.

6. Siqaret çəkmək orqanizmə ziyandır, xüsusən də ayaqlarınızın sağlamlığı baxımından təhlükəlidir. Siqareti atmaq heç zaman gec deyil!

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.