Maraqlı

Bacı-qardaş qısqanclığının uşaq psixologiyasına təsiri

13 Oktyabr 2018 20:40
0 Şərh     Baxış: 1 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yəqin ki, evə yeni körpənin gəldiyi zaman onun böyük bacı və qardaşının körpəni necə qısqandığını görmüsünüz. Bu hər bir evdə ikinci uşağın gəlişi ilə baş verən bir hadisədir. Bu cür qısqanclıqlar adətən 2-6 yaş arası uşaqlar arasında baş verir.
Ananın qarnı böyüdükcə ətrafdakıların suallarını cavablandırmağı, evdəki körpə uşağın diqqətini çox çəkir. Evə ikinci uşağın gələcəyini hiss edən azyaşlı, ikinci uşağı elə həmin vaxtdan qısqanmağa başlayır. Uşağın dünyaya gəlişi və ananın yeni doğulmuş körpəyə tez-tez qulluq etməsi isə bu qısqanclığı daha da alovlandırır.
Evdə azyaşlılar arasında olan qısqanclıqlar ailədə narahatçılıqlara səbəb olur. Bu hal istər-istəməz uşaqların psixologiyasına da pis təsir edir. Bəs bu zaman nə etmək lazımdır?
Valideyn birinci uşağın psixologiyasında dəyişiklik hiss etsə, mütləq psixoloqa müraciət etməlidir.
Ailədəki uşaqlar arasında yaş fərqi nə qədər çox olarsa, qısqanclıqların da dərəcəsi bir o qədər çox olur. Psixoloqlar azyaşlı qardaş və bacılar arasında olan münasibətlərin aşağıdakı həddə çatdıqda, psixoloqa məsləhət etməyi tövsiyyə edirlər:
- biri digərinə zərər verdikdə
- uşaqlardan biri özünə qapandıqda
- biri digərinin qidalandığı zaman ona mane olmağa çalışdıqda
- uşaqların hər ikisində və ya birində əsəbilik əlamətləri hiss edildikdə.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.