Maraqlı

Təngnəfəslik zamanı təbii vasitələr

13 Oktyabr 2018 23:45
0 Şərh     Baxış: 2 681

Bəzən bir neçə mərtəbə çıxdıqda və ya bir neçə metr getdikdə təngnəfəsliklə üzləşənlər olur. Şübhəsiz ki, bu, ilk növbədə, ürək-damar sistemində yaranan problemin əlamətidir. Hansı üsullardan istifadə etməklə bu sahədə olan problemi aradan qaldırmaq olar?

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-kardioloqu Nərgiz Məmmədova həmin hallarla üzləşənlərin istifadə edə biləcəyi bir neçə resept haqqında məlumat verib .

Onun sözlərinə görə, heyva şirəsi, quru əncir suyu və ilıq hala gətirilmiş üzüm şirəsi təngnəfəsliyə qarşı istifadə olunan ən təsirli təbii vasitələrdir. Xörəkdə darçın işlətmək nəfəs yollarını genişləndirir, kərəviz yemək isə bu orqana faydalı təsir göstərir. Zəfəran ağciyərləri möhkəmləndirir və nəfəsalmanı genişləndirir.

O, bununla əlaqədar daha bir neçə sadə üsul haqqında danışıb: "Bir litr alma sirkəsinin içərisinə yarıya qədər şam ağacının qoz boyda təzə qozaları tökülür, 10 gün saxlanılandan sonra qozalar çıxarılır. Hazır sirkədən gündə iki dəfə səhər-axşam 1 xörək qaşığı 1 stəkan suya qarışdıraraq içilir.

Üç xörək qaşığı şam qozası üç stəkan suda dəmlənilir, gündə üç dəfə yeməkdən əvvəl bir stəkan içilir. Bu tərkibin varikoz və daxili göbələk əleyhinə təsiri də var.

Təngnəfəsliklə üzləşənlərin cirə yeməsi də faydalı hesab olunur. Onun süsən kökü ilə qaynadılıb içilməsi daha xeyirlidir. Aptek çobanyastığı da eyni təsirə malikdir.

Badam yağını bal, mum və gül yağı ilə qarışdırıb istifadə etmək, eləcə də təzə süd içmək məsləhətdir. Bu sahədə ən yaxşı vasitələrdən biri də dəvə südüdür".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.