Maraqlı

Göyərçinlər necə sərxoş oldu?

5 Oktyabr 2018 12:24
1 Şərh     Baxış: 1 478

ABŞ-ın Minnesota ştatında polis yerli sakinlərə sərxoş bir qrup haqqında xəbərdarlıq edib.

Washingtonpost-un məlumatına görə, şəhərdə sərxoş gəzən gənclər yox, yerli quş dəstəsi olub. Göyərçinlər sərxoşluqdan müvazinətlərini saxlaya bilmirlər və halsız görünürlər.

Sərxoş göyərçinlərin özlərini pəncərələrə, avtomobillərə çırpması barədə polisə şikayətlər daxil olub.

Polis elan edib ki, erkən düşən şaxta giləmeyvələri adi haldan daha çox fermentləşdirdiyi üçün onları yeyən quşlar sərxoş olur.

Kaliforniya ştatından olan alimlər müəyyən ediblər ki, quşlar fermentli meyvələr yeyərək sərxoş ola bilər.

Araşdırmaya görə, "etanol təsiri altında" olmaq quşların ölümünə gətirib çıxara bilər.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    F.S.D. · 5 Oktyabr 2018 12:4400

    Bu yaxınlarda bir tərəfi üstə yıxılan, müvazinətini saxlaya bilmyən bir göyrəçin gördüm, çox pis oldum, dayanıb baxırdım yaxınlaşa blimirdim, çırpınırıdı, sonra uçdu evin damına qondu, orda dayana bilmyəyib üzü aşağı uçdu, hara düşdüyünü görmədim((( Yazıq quşlar(((

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.