Maraqlı

İlk görüşdə kişilər nələrə diqqət edir?

21 Oktyabr 2018 23:25
2 Şərh     Baxış: 1 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər nə qədər qadınlar tərəfindən kişilərin ilk görüşdə çox az nöqtəyə diqqət etdiyi düşünülsə də, əslində kişilər tərzdən qoxuya qədər bir çox nöqtəyə diqqət edir. 

Milli.Az axşam.az-a istinadən ilk görüşdə kişilərin daha çox nəyə diqqət etdikləri barədə məlumat verir: 

Tərz - Xarici görünüş önəmli deyil deyənlərə aldanmayın. Bir kişini heyran buraxmaq üçün əvvəlcə özünüzə xas bir tərziniz olmalıdır. Tərzinizlə maraqlanmasını təmin etməlisiniz.

Saçlar - Saçlarınız hər zaman təmiz və baxımlı olmalıdır. Onun qarşısına saçlarınıza ən azından bir fenlə forma vermədən çıxım deməyin.

Makiyaj - Makiyajınızı sadə və təbii edin. Kişilər abartılı makiyajı sevmirlər.

Ətir - Yanına yaxınlaşdığınızda ətrinizdən təsirlənməsi gərəkdir. Gün bitib evə getdiyində belə qoxunuzu xatırlamalı, hiss etməlidir.

Hündürdaban ayaqqabı - Kişilərin qadınlarda ən cəlbedici hesab etdikləri şey hündürdaban ayaqqabılardır. Onu geydiyinizdə hər zaman dik durun və özgüvənli bir şəkildə yeriyin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.